Artpop

ARTPOP — ARTPOP, amerikalı müğənni Lady Gaganın üçüncü studiya albomudur. Streamline və Interscope Records tərəfindən 6 Noyabr 2013 tarixində nümayiş olundu. Başlanğıcda 2013'ün ilk aylarında yayımlanması planlaşdırılan albom, Lady Gaganın "The Born This Way Ball" turu əsnasında ayağından əməliyyat olması nəticəsində aylarla gecikdi.

ARTPOP'dan indiyə qədər 3 dənə single nümayiş olundu. Albomun çıxış single'ı "Applause", 12 Avqust 2013-də nümayiş olundu və ABŞ-dakı Billboard Hot 100 siyahısında dördüncü sıraya qədər yüksəldi. İkinci single "Do What U Want", 21 Oktyabr 2013-də, üçüncü single "G.U.Y." isə 4 Aprel 2014-də nümayiş olundu.Lady Gaga, May 2014-cü ildə albomun təqdimatı üçün "ArtRave:The Artpop Ball" turnesine çıxacaq.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search